Facebook Twitter Instagram Youtube Google+
   
İşçilərin yay istirahətinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir
Tarix: 2017-09-12

                              
    “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir.  Hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

Təsdiq olunmuş qrafikə əsasən, 2017-ci ilin yay mövsümündə iyun ayından  başlayaraq işçilərin istirahət mərkəzlərinə göndərilməsinə başlanılmışdır. İyun, iyul və avqust ayları ərzində  “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı, Naftalan və Lerikdəki istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 1100 nəfərədək şəxs bu imkandan yararlanmışdır.

 İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün normal şərait yaradılmışdır. Onlar istirahət mərkəzlərində dincəlməklə yanaşı, ətraf rayonların dilbər guşələrinə, tarixi abidələr yerləşən məkanlarına  ekskursiyaya aparılmışlar. 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur