Facebook Twitter Instagram Youtube Google+
   
Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 2017-09-11

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının  nümayəndə heyəti ilə görüş keçirilib.

 “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədr müavini “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində  su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.

Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Alero Aqbojaroma təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması  layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Bank təmsilçisi Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib.

Görüşdə Gəncə və Şəki şəhərlərində layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Gəncə şəhərlində su mənbələri, magistral kəmərlər üzrə işlər  yekunlaşı, hazırda  içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir, eyni zamanda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi işləri aparılır. Şəki şəhərində də layihənin birinci mərhələsi yekunlaşıb, hazırda şəbəkələrin tikintisi davam etdirilir.  “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gəncə və Şəki şəhərlərinin 550 minədək sakini faydalanacaqdır.      

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur