Facebook Twitter Instagram Youtube Google+
   
Bakı Ali Neft Məktəbinin tələbələri “Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib
Tarix: 2017-08-09

               

     Bakı Ali Neft Məktəbinin tələbələri “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib. Təcrübə kursunda BANM-nin  proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan  3-cü kurs tələbələri iştirak edib.      Təcrübə proqramının effektiv olması üçün 16 tələbə müxtəlif qruplarda 1 ay müddətində kompleksdə təcrübə keçib.  Təcrübə müddətində tələbələrə qurğuların iş prosesləri, nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və SCADA sistemləri haqqında ətraflı məlumat verilib. Tələbələr suyun emal mərhələləri ilə əyani tanış olub, avadanlıqlar haqqında geniş məlumat əldə ediblər.           Kompleksdə quraşdırılmış təzyiq, temperatur, səviyyə və suyun keyfiyyət göstəricilərini ölçən cihazlar, onların iş prinsipi, quraşdırma və istismar şərtləri tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda anbar səviyyələrinin ölçülməsi və lazımi səviyyədə saxlanılması barədə məlumatlar verilib, radar tipli səviyyəölçən üzərində təcrübə aparılıb.

    Bütün avadanlıqların SCADA sistemindən idarə edilməsini təmin edən PLC panelləri və burada quraşdırılmış avadanlıqlar tələbələrin böyük marağına səbəb olub.

     Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2015-ci ildə istifadəyə verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleks Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur