İKİNCİ BAKI SU KƏMƏRİ

   1920-ci illərin sonu Abşeronda sənayenin inkişafı, əhali artımı Bakıya yeni mənbədən içməli suyun gətirilməsi zərurəti yaratmışdı. Bu məsələ 1929-cu ildə Su təchizatı və sanitariya qurultayında müzakirə edilmiş və Xaçmazdan Abşerona yeni kəmərin çəkilişinə qərar verilmişdir.

    Mənbəyini Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı Su Kəmərinin tikintisinə 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin 17 sentyabr 2228 nömrəli qərarı ilə başlanmışdır. İkinci Dünya Müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə yaranmışdır. 24 ildən sonra, 1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılmış və bu mənbədən Bakıya saniyədə 2,73 kubmetr (sutkada 240 min kubmetr) təmiz su nəql olunur. Uzunluğu 175 kilometr olan və dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran rayonlarını da içməli su təmin edir.

   Məhsuldarlığı “Şollar”dan 2 dəfə çox olan İkinci Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan, lay və bulaq sularından qidalanır. Mənbə A və B su qəbuledici qalereyasından, 12 sifon tipli tuneldən və 6 kaptaj xəttindən ibarətdir. Bulaq və lay sularının yığılması iki yolla - drenaj sistemləri və suyığıcı qalereyalarla həyata keçirilir.

    Eyni istiqamətdən çəkilmiş Birinci və İkinci Bakı Su kəmərlərinin suyu paytaxta qədər heç yerdə qarışmır. Belə ki, İkinci Bakı Su Kəməri Xudat-Bakı avtomobil yolunun solunda,  “Şollar” isə magistralın sağında yerləşir. “Şollar” kəmərində olduğu kimi, İkinci Bakı Su Kəməri ilə nəql olunan su H.Z.Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər özüaxımlı rejimdə ötürülür. Buradan isə nasoslarla Bakıya çatdırılır. 

 
 
Onlayn müraciət
 
 
Sorğu
Borca görə bildirişlər vaxtında verilirmi?
Hər ay Hərdənbir Verilmir