“Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.
Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, Nəqliyyat və Xüsusi Texnika İdarəsi “Sutikinti” Müəssisəsinin tərkibinə verilmişdir.
“Sutikinti” Müəssisəsi
AZ 1147 Bakı, Azərbaycan
Mir Cəlal küçəsi 34a
Tel:(+99412) 568-55-20
Fax:(+99412) 568-75-66
