Facebook Twitter Instagram Youtube Google+
   
Sukanal ETLİ

   “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. İnstitutun əsas fəaliyyət istiqamətlərinə yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin  layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, tikinti üçün mühəndis axtarışları, elmi-tədqiqat işləri kimi fundamental sahələr daxildir. “Sukanal” ETLİ yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj  şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı yardımçı bina və qurğuları layihələndirməklə məşğuldur.

  İnstitutun I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq kompleks layihələndirmə və mühəndis axtarışları aparmaq üçün lisenziyası var. İçməli və çirkab suların beynəlxalq  standartlara  cavab verən kimyəvi-bakterioloji analizlərinin aparılması üçün “Sukanal” ETLİ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Akkreditasiya Attestatını almışdır.

   İnstitut layihələndirmə prosesinin bütün mərhələlərini müasir kompyuter proqramlarından istifadə etməklə tam avtomatlaşdırılmış rejimdə yerinə yetirir. Qurumun layihələri və metodik elmi tövsiyələri əsasında müxtəlif illərdə Bakı şəhərində və digər yaşayış məntəqələrində su təchizatı  və kanalizasiya sistemləri, qurğu və obyektləri tikilmiş, hazırda onlar uğurla istismar olunur.

  “Sukanal” ETLİ-nin  tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində 100-dən artıq mütəxəssis çalışır ki, bunların arasında əməkdar mühəndis, elmlər doktorları və elmlər namizədləri var.

 Layihələndirmə

Texniki-iqtisadi əsaslandırmalar, işçi layihələr səviyyəsində respublikanın yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılması, yenidənqurulması və genişləndirilməsi;

Yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular;

Magistral su kəmərləri, kanalizasiya kollektorları, şəhər supaylayıcı və kanalizasiya, drenaj şəbəkələri, mühəndis kommunikasiyaları üzərində quraşdırılan mühəndis qurğuları;

Müxtəlif tutumlu içməli su anbarları, içməli və çirkab suların təmizlənməsi  qurğuları, su və kanalizasiya stansiyaları;

Su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı bina və qurğular;

Su və kanalizasiya obyektləri üzrə sanitar-mühafizə zonaları;

Ekoloji durumun yaxşılaşdırılmasına yönəlmiş layihəqabağı tədbirlər;

Tikinti üçün smeta sənədləri və texniki-iqtisadi əsaslandırmalar;

Müəllif nəzarətinin aparılması.

 Tikinti üçün mühəndis axtarışları

Mühəndis-geodeziya axtarışları;

Mühəndis-geologiya axtarışları;

Hidrogeologiya axtarışları.

Elmi-tədqiqat işləri


Müxtəlif su təchizatı sistemləri üçün su mənbələrinin  tədqiqi və seçilməsi;

Elmi tədqiqatlar və texnoloji axtarışların nəticəsində suyun  emalı üsullarının, su təmizləmə qurğularının tərkibi və parametrlərinin, su təchizatı mənbələrində suyun keyfiyyətindən asılı olaraq reagentlərin hesabi dozalarının seçilməsi, əsaslandırılması və tətbiqi;

Səthi suların su mənbəyi kimi istifadə edilməsi, yüksək bulanıqlı suyun təmziləmə texnologiyası və qurğuların əsaslandırılması, texnoloji parametrlərin müəyyən olunması və tətbiqi;

Müəssisə və yaşayış məntəqələrinin çirkab sularının çirklənmə mənbələrinin müəyyən olunması, bu suların daxilolma rejimlərinin və miqdarının müəyyən edilməsi və tətbiqi;

Axıntı sularının fiziki-kimyəvi, sanitar-bakterioloji, mikrobioloji analizlərin aparılması və tətbiqi.

 

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu

AZ1012 Bakı, Azərbaycan

Moskva prospekti 67

Tel/Fax: (+99412) 430-19-90

E-mail: office@sukanal.az

Web: http://www.sukanal.az

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir