Birləşmiş Sukanal MMC

“Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsu” ASC-nin tabeliyində olan ən iri müəssisədir. Azərbaycan Respubikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq  “Azərsu“ ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə cəmiyyətin tabeliyində “Birləşmış Sukanal”  Məhdud  Məsuliyyətli Cəmiyyət yaradılmışdır.

       Bununla da respublikanın 51 rayonunda (hazırda 54 rayonda) su təhcizatı və kanalizasiya sistemlərinin istismarı və idarə olunması  “Birləşmış   Sukanal” MMC-yə həvalə olunmuşdur.  Aparılmış təşkilatı və texniki  tədbirlər nəticəsində rayonların su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə olunması təmin edilmişdir.

       “Birləşmiş Sukanal“ MMC  respublikanin regionlarında  yerləşən  404 yaşayış məntəqəsində (onlardan  50 şəhər, 80 qəsəbə, 274 kənd) 252 246 əhali, 6126 digər sahə abonentinə xidmət göstərir. 

 

“Birləşmiş Sukanal“ MMC 

AZ 1122 Bakı, Azərbaycan

Akim Abbasov küçəsi 110

Tel: (+99 412) 434-06-12

Fax: (+99412) 433-67-25

 
 
Onlayn müraciət
 
 
Sorğu
Borca görə bildirişlər vaxtında verilirmi?
Hər ay Hərdənbir Verilmir