“Bakı Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin 18.03.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır. İdarənin fəaliyyət istiqamətlərinə Bakı şəhər əhalisini içməli su və kanalizasiya xidməti ilə təmin etmək, xidməti ərazilərdə su təchizatı və kanalizasiya şəbəkələrini müasir standartlara uyğunlaşdırmaqdır.
Hazırda “Bakı Sukanal” İdarəsinin yerli sukanal departamentləri paytaxtın 11 rayonunda abonentlərə içməli su və kanalizasiya xidmətləri göstərir. Həmçinin Avadanlıqların Təmiri və Sınağı Departamenti, Magistral Xətlər və Suyun Paylanması Departamenti, Kollektorlar və Nasos Stansiyalarının İstismarı Departamenti, Təmizləyici Qurğuların İstismarı Departamenti “Bakı Sukanal” İdarəsinin struktur bölməsinə daxildir. İdarə 6 çirkab sutəmizləyici qurğu və 44 nasos stansiyasına xidmət göstərir.
“Bakı Sukanal” İdarəsinin xidməti ərazisində ümumi tutumu 949,2 min kubmetr olan 11mərkəzi su anbarı vardır. Boru və küçə su kəmərlərinin, məhəllə və məhəllədaxili şəbəkələrin uzunluğu 4703 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 1486 kilometrdir.
01 yanvar 2012-ci il vəziyyətinə “Bakı Sukanal” İdarəsi 592 754 abonentə su və kanalizasiya xidmətləri göstərir. Onlardan 574 782-i əhali, 17 972-i qeyri-əhali abonentlərdir. İdarənin xidməti ərazilərində əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 61,6 %, qeyri-əhali qrupu üzrə isə 76,7 % təşkil edir.
“Bakı Sukanal” İdarəsi
AZ 1001 Bakı, Azərbaycan
Nizami küçəsi 22
Tel: (+99412) 492-01-42
Fax:(+99412) 437-62-58
