Qərarlar

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 QƏRAR  № 68

 Bakı şəhəri, 4 may 2011-ci il

         "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

        "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 257; 2006-cı il, № 1, maddə 59; 2007-ci il, № 9, maddə 922; 2009-cu il, № 10, maddə 846; 2010-cu il, № 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.11-ci, 4.12-ci, 7.2-7.4-cü, 7.6-cı, 8.14-cü, 9.1-ci bəndində ikinci halda, 9.2-ci, 9.3-9.5-ci, 10.15-ci, 11.1-ci, 11.5-ci bəndlərində və 11.3.3-cü yarımbəndində ismin müvafiq hallarında "prezident" sözləri ismin müvafiq hallarında "sədr" sözləri ilə, 7.3-cü, 9.5-ci bəndlərində və 9.2.6-cı yarımbəndində ismin müvafiq hallarında "vitse-prezidentlər" sözləri ismin müvafiq hallarında "sədr müavinləri" sözləri ilə əvəz edilsin.

2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində bu qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli qərarı ilə təsdiq edilmişdir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu

 1. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin aparatı

 2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:

 2.1. "Bakı Sukanal" İdarəsi

 2.2. "Sumqayıt Sukanal" İdarəsi

 2.3. "Abşeron Sukanal" İdarəsi

 2.4. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi

 2.5. "Kür Su Kəmərləri" İdarəsi

 2.6. "Ceyranbatan Su Kəmərləri" İdarəsi

 2.7. "Xaçmaz Su Kəmərləri" İdarəsi

 2.8. "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi

 2.9. "Sanqaçal Su Kəmərləri" İdarəsi

 2.10. Nəqliyyat və Xüsusi Texnika İdarəsi

 3. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr):

 3.1. "Sutikinti" Müəssisəsi

 3.2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi

 3.3. "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyət

 3.4. "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.5. "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.6. "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.7. "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

 3.8. "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu

 

 
 
Onlayn müraciət
 
 
Sorğu
Borca görə bildirişlər vaxtında verilirmi?
Hər ay Hərdənbir Verilmir